Ağ Ev Çinin ABŞ-nin maliyyə naziri ilə tezliklə danışıqlar aparacağına ümid edir
Digər ölkələr
- 15 oktyabr, 2025
- 04:47

Vaşinqton ümid edir ki, Çin nümayəndələri yaxın zamanda ABŞ-nin maliyyə naziri Skott Bessentlə danışıqlar masasına əyləşəcək və tərəflər ticarət mübahisələrini həll etmək üçün yol tapacaqlar.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "Fox News" telekanalına müsahibəsində bildirib.
"Ümid edirik ki, onlar danışıqlar masasına əyləşəcək və nazir Bessentlə əməkdaşlıq edərək indi və ya nisbətən qısa müddətdə irəli getmək üçün bir yol tapa biləcəklər", - deyə Hasset bildirib.
O həmçinin "iki liderin dostluğu"nun ölkələrə problemin həllini tapmağa imkan verəcəyinə ümid etdiyini bildirib. Hasset əks təqdirdə, Vaşinqtonun Pekinə qarşı "bir çox təsir rıçaqları"nı işə sala biləcəyini deyib.
Son xəbərlər
09:31
Bakıda sahəsi 14 min m²-dən çox olan istixanada yanğın olub
Hadisə09:28
Foto
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək
Biznes09:26
Bakı metrosunda problem yaranıb
İnfrastruktur09:15
Messi futbol tarixində daha bir rekorda imza atıb
Futbol09:05
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri təyinat alıblar
Komanda09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2025)
Maliyyə09:03
"AFB Bank"ın depozit portfeli 8 % azalıb
Maliyyə08:54
KİV: İsrail "Rəfah" sərhəd keçid məntəqəsini açacaq
Digər ölkələr08:51