Ağ Ev: Bayden fevralın 7-də Şoltsla görüşəcək
Digər ölkələr
- 27 yanvar, 2022
- 15:44
ABŞ Prezidenti Cozef Bayden fevralın 7-də Ağ Evdə Almaniya kansleri Olaf Şoltsu qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
"Liderlər Rusiyanın Ukraynaya qarşı gələcək təcavüzünün qarşısını almaq üçün birgə səyləri müzakirə edəcəklər”, - Ağ Evin mətbuata açıqlamasında deyilir.
Psaki Almaniya kanslerinin Vaşinqtona səfərinin iki ölkə arasında əlaqələrin möhkəmliyini təsdiqləyəcəyini bildirib.
Tərəflər, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə, iqlim dəyişikliyi problemləri və demokratik dəyərlərə əsaslanan beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Son xəbərlər
13:18
Foto
Video
İki gün, iki şəhər: Daşkənd və Buxara təəssüratları - REPORTAJ
Turizm13:18
Paşinyan: Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır
Region13:17
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Digər ölkələr13:10
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb
Biznes13:10
"Leççe" Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb
Futbol13:08
Foto
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici siyasət12:56
"Çelsi" Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb
Futbol12:53
Xəstəxanada olan Norveç kralının vəziyyəti pisləşib
Digər ölkələr12:50