Ağ Ev Bayden Administrasiyasını 8 milyon toyuğu öldürməkdə ittiham edir
- 20 mart, 2025
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olan təxminən 8 milyon toyuğu öldürüb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “X” sosial şəbəkəsində yazıb.
O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuqun məhv edilməsinin tədarükləri azaltdığını və qiymətləri artırdığını söyləyib.
Levitt ölkədəki yumurta böhranının “Bayden böhranı” olduğunu vurğulayıb. O qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollinslə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.
Martın 19-da bildirilib ki, ABŞ-də sərhəd rəsmiləri rekord qiymət artımı fonunda toyuq və yumurta qaçaqmalçılığı ilə mübarizə aparır. Yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi zirvəsinə çatıb.
Martın 16-da mümkün bürokratik çətinliklər və yoxlamalar səbəbindən Finlandiyanın ABŞ-yə yumurta ixrac edə bilməyəcəyi barədə məlumat yayılıb.