​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb - VİDEO

Digər ölkələr
  • 24 dekabr, 2015
  • 23:21
​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb - VİDEO

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Konqoda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Faciəvi hadisə Mbudji-Mayi şəhərinin hava limanında baş verib.

"Report" xəbər verir ki, bu barədə AFP-yə Şərqi Kasai əyalətinin qubernatoru Nqoyi Kasandji məlumat verib.

"Air Service" aviaşirkətinə məxsus "A320" təyyarəsi eniş edən zaman uçuş-eniş zolağından kənara çıxıb və hava limanı yaxınlığındakı yaşayış evlərinə girib. Evlərdə olan 7 nəfər həyatını itirib.

İlkin məlumatlara görə, təyyarənin əyləcində problem yaranıb. Qəzaya səbəblərdən biri kimi insident baş verən zaman yağan leysan yağışlar da göstərilir.

​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb - VİDEO