Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb

Digər ölkələr
  • 17 iyun, 2018
  • 10:59
Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Yunanıstan və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov bazar günü keçmiş Yuqoslaviya Respublikasının Şimali Makedoniya Respublikası adlandırılmasına dair saziş imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Makedoniya mətbuatı yazıb.

İmzalanma mərasimi Yunanıstanın Makedoniya və Albaniya ilə sərhədində baş tutub.