AEBA rəhbərindən xəbərdarlıq: İranın nüvə probleminin sülh yolu ilə həll şansı tükənir

Digər ölkələr
  • 19 fevral, 2026
  • 16:32
AEBA rəhbərindən xəbərdarlıq: İranın nüvə probleminin sülh yolu ilə həll şansı tükənir

ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırması İranın nüvə proqramı probleminin diplomatik yolla həllinə nail olmaq imkanlarının tükəndiyini göstərir.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) rəhbəri Rafael Qrossi fevralın 16-da İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirilən danışıqları şərh edərkən bildirib.

"Vaxt azdır, lakin biz konkret məsələ üzrə işləyirik. AEBA problemin həlli üçün bir neçə variant təklif edib", - o deyib.

O qeyd edib ki, AEBA mütəxəssisləri 2025-ci ilin iyununda İsrail və ABŞ-nin hücum etdiyi Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə qayıdana qədər nüvə sazişinin bağlanması mümkün olmayacaq.

"AEBA sazişə əməl olunmasını yoxlaya bilməsə, razılaşma ola bilməz, biz təkzibedilməz yoxlama məlumatlarını təqdim etməliyik", - Qrossi bildirib.

Cenevrədə fevralın 17-də ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların ikinci raundu keçirilib. Hər iki tərəf nəticələri müsbət qiymətləndirib. Lakin daha sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ-nin əsas tələbləri hələ də yerinə yetirilməyib.

ABŞ KİV-ləri xəbər verir ki, ABŞ hərbçiləri tezliklə İrana zərbələr endirə bilərlər, lakin Tramp hələ belə bir qərar qəbul etməyib.

44 - Tezliklə