AEBA-nın baş direktoru gələn həftə Pakistana səfər edəcək
Digər ölkələr
- 06 fevral, 2025
- 22:48
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Pakistan İslam Respublikasına səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şəfqət Əli Xan həftəlik mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, səfər Pakistan hökumətinin dəvəti ilə baş tutacaq.
Qrossinin baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar ilə görüşləri nəzərdə tutulub.
Bundan əlavə, o, Pakistan Nüvə Tənzimləmə Təşkilatı, Milli Elmlər və Texnologiya Universiteti tərəfindən təşkil edilən seminarlarda iştirak edəcək, Lahordakı Nüvə Təbabəti və Onkologiya İnstitutuna və AEBA-nın köməyi ilə tikilmiş “Çaşma” Atom Elektrik Stansiyasına baş çəkəcək.
Son xəbərlər
23:34
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
Digər ölkələr23:17
Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir
Digər ölkələr22:47
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb
Digər ölkələr22:25
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
Region22:09
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Digər ölkələr21:45
Quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" üzə çıxıb
Digər ölkələr21:20
Foto
Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
Fərdi21:14
Foto
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar
Fərdi21:13