ABŞ Yəmənə 131 milyon dollar humanitar yardım ayırıb

Digər ölkələr
  • 28 noyabr, 2018
  • 16:11
ABŞ Yəmənə 131 milyon dollar humanitar yardım ayırıb

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ Yəmənə 131 milyon dollar məbləğində humanitar yardım göstərib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter” səhifəsində yazıb. 

O, son 14 ay ərzində Yəmənə 697 milyon dollarlıq humanitar yardım göstərdiklərini qeyd edib.

Xatırladaq ki, 2014-ci ildən Yəməndə hökumətlə husi qiyamçıları arasında silahlı qarşıdurma davam edir.