ABŞ Yaxın Şərqə aviadaşıyıcı göndərib
- 15 yanvar, 2026
- 14:38
ABŞ "USS Abraham Lincoln" aviadaşıyıcısını Cənub Çin dənizindən Yaxın Şərqə göndərir.
"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, hazırda bölgədə zərurət yarandığı zaman İrana zərbə endirmək qabiliyyətinə malik heç bir ABŞ aviadaşıyıcısı və ya xüsusi təyinatlı qüvvələr qrupu yoxdur.
Daha əvvəl Tramp administrasiyası Venesuelaya təzyiq siyasəti çərçivəsində "USS Gerald R Ford" aviadaşıyıcısını Aralıq dənizindən Karib dənizinə göndərib ki, bu da Yaxın Şərqi aviadaşıyıcı dəstəyindən məhrum edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hazırda Karib hövzəsində 12 hərbi gəmi, Yaxın Şərqdə isə cəmi 6 gəmi var.
Bildirilib ki, "USS Abraham Lincoln" aviadaşıyıcısının göndərilməsi Pentaqonun bölgədə mövcudluğunu gücləndirməyə və İrana qarşı potensial əməliyyatlar üçün lazım olan dəniz balansını bərpa etməyə hazır olduğunu nümayiş etdirir.