ABŞ yaxın həftələrdə bir sıra bankları İrana qarşı sanksiyalar siyahısına daxil edə bilər

Digər ölkələr
  • 01 sentyabr, 2026
  • 20:41
ABŞ yaxın həftələrdə bir sıra bankları İrana qarşı sanksiyalar siyahısına daxil edə bilər

Vaşinqton, böyük ehtimalla, bu həftə İrana qarşı iqtisadi təzyiq kampaniyası çərçivəsində banklardan birinə qarşı sanksiyalar tətbiq edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Eşvildə (Şimali Karolina ştatı) keçirilən G20 ölkələrinin maliyyə rəhbərlərinin görüşü çərçivəsində baş tutan tədbirdə bildirib.

"Biz, yəqin ki, bu həftə bir banka, gələn həftə isə daha birinə qarşı sanksiyalar tətbiq edəcəyik. Bu məsələdə bizi dəstəkləyən müttəfiqlərimizlə danışıqlar aparırıq", - Bessent deyib.

Nazirin sözlərinə görə, Vaşinqton həmçinin aviasiya sahəsindəki lizinq şirkətlərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edən digər təşkilatlara qarşı sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirir.

"Bunlar müxtəlif təşkilatlar, o cümlədən bizim nəzərdən keçirəcəyimiz aviasiya lizinq şirkətləri ola bilər. Bu, SEPAH-la biznes fəaliyyəti göstərən hər kəs ola bilər. Biz onun aktivlərini izləyirik", - ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib.

44 filmi