ABŞ və Səudiyyə Ərəbistanı arasında dinc nüvə proqramına dair saziş imzalanıb

Digər ölkələr
  • 23 iyul, 2026
  • 03:38
ABŞ və Səudiyyə Ərəbistanı arasında dinc nüvə proqramına dair saziş imzalanıb

ABŞ və Səudiyyə Ərəbistanı Vaşinqtonun krallığın dinc nüvə proqramına dəstəyini nəzərdə tutan saziş imzalayıb.

"Report"un ABŞ Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, sənədi ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud imzalayıb.

ABŞ Konqresinin baxışına təqdim edilən sənəd Amerika şirkətlərinin Səudiyyə Ərəbistanının atom energetikasının inkişafı proqramının həyata keçirilməsində iştirakını nəzərdə tutur.

Vaşinqton bildirib ki, sənəd yüksək nüvə təhlükəsizliyi və nüvə silahlarının yayılmaması standartlarına uyğundur.

"The Wall Street Journal"ın məlumatına görə, saziş 30 il müddətinə hesablanıb və on milyardlarla dollar həcmində investisiyaları özündə ehtiva edir. Sənəd, həmçinin tərəflər bunu məqsədəuyğun hesab edərsə, Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi müəssisəsinin tikintisinə imkan verir.

44 - Tezliklə