ABŞ və Rusiya məhbus mübadiləsi ilə bağlı danışıqlar aparır

Digər ölkələr
  • 18 noyabr, 2025
  • 14:19
ABŞ və Rusiya məhbus mübadiləsi ilə bağlı danışıqlar aparır

Rusiya və ABŞ arasında növbəti məhbus mübadiləsinin həyata keçirilməsi mümkünlüyü müzakirə olunur.

"Report" Qərb mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.

"Mən bir neçə ABŞ rəsmisi və Prezident Donald Trampın komandasının üzvləri ilə humanitar xarakterli bəzi məsələlərə, məsələn, ABŞ tərəfinin hazırda üzərində işlədiyi mümkün məhbus mübadiləsinə həsr olunmuş görüşlər keçirmişəm", - o qeyd edib.

KİV-in məlumatına görə, o, bu fikri ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və administrasiyanın digər rəsmiləri ilə müzakirə edib. Lakin nə K.Dmitriyev, nə də ABŞ administrasiyasının nümayəndələri mübadilədə hər iki tərəfdən hansı məhbusların iştirak edə biləcəyi barədə məlumat verməyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti