ABŞ və Meksika kartellərlə əlaqəli qumar müəssisələrinə qarşı sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 21:05
ABŞ və Meksika kartellərlə əlaqəli qumar müəssisələrinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) və Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şəbəkəsi (FinCEN) Meksika hökuməti ilə birgə "Hysa" adlı mütəşəkkil cinayətkar qruplaşmaya və bir sıra qumar müəssisələrinə qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilir ki, bu obyektlər narkotik kartelləri üçün pul yuma və digər cinayət fəaliyyətlərində iştirak ediblər.

Qurumun məlumatına görə, tədbirlər ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Con K. Hörlinin Meksikaya səfəri zamanı iki ölkə arasında əldə olunmuş razılaşmaların nəticəsidir və narkotik ticarəti ilə mübarizə, eləcə də əlaqəli maliyyə cinayətlərinə qarşı daha sıx əməkdaşlığa yönəlib.

"ABŞ və Meksika birlikdə bu ölkənin qumar sektorunda pul yuma ilə mübarizə aparır. Kartelləri dəstəkləyənlərə mesajımız aydındır: siz məsuliyyət daşıyacaqsınız. Bu işdə etibarlı tərəfdaşlığa görə Meksika hökumətinə təşəkkür edirik," – Hörli deyib.

OFAC 27 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib, FinCEN isə 10 Meksika qumar müəssisəsinin ABŞ-nin maliyyə sisteminə çıxışını məhdudlaşdıran xüsusi tədbir irəli sürüb.

Son xəbərlər

Bütün Xəbər Lenti