ABŞ və KXDR liderləri danışıqları bərpa etmək barədə razılığa gəliblər
- 30 iyun, 2019
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında danışıqların bərpa edilməsi üçün komanda formalaşdırılması barədə razılıq əldə ediblər.
"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Biz razılığa gəldik ki, hər birimiz bir komanda yaradaq. Bu komandalar bəzi dettalları tədqiq etməyə çalışacaqlar", - deyə Tramp jurnalistlərə bildirib.
Qeyd olunur ki, ABŞ komandasına Amerikanın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan başçılıq edəcək. Trampın sözlərinə görə, nümayəndə heyətləri yaxın iki-üç həftə ərzində işə başlayacaqlar.
Bununla yanaşı Tramp Vaşinqton və Pxenyan arasında saziş bağlamağa tələsmədiyini deyib:
"Sürət, hədəf deyil. Heç kim hadisələrin necə cərəyan edəcəyini bilmir".
Kim Çen In öz növbəsində bildirib ki, onun Trampla görüşü istənilən zaman gələcək görüş imkanlarından xəbər verir.