Dövlət Departamenti Ukraynaya "Starlink" rabitə xidmətləri üçün 150 milyon dollar ayrılmasını təsdiqləyib
- 30 avqust, 2025
- 04:35

ABŞ Dövlət Departamenti Ukraynaya "Starlink" peyk rabitəsi xidmətlərinin potensial təminatını və müvafiq avadanlıqların 150 milyon dollara satışını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Kiyev daha əvvəl ABŞ-dən "Starlink" terminalları üçün peyk rabitəsi xidmətlərinin uzadılmasını" xahiş edib. Amerika tərəfi Ukraynaya ABŞ hökuməti və podratçılar tərəfindən mühəndislik, texniki və logistika xidmətləri, eləcə də lazımi avadanlıq da daxil olmaqla, digər dəstək göstərməyə hazırdır.
Sənəddə vurğulanır ki, təklif olunan satış Ukraynanın müdafiə potensialını gücləndirəcək. ABŞ administrasiyası xidmət və sistemlərin mümkün təqdimatını təsdiqləmək barədə qərarını artıq Konqresə bildirib. Qanunverici orqanın potensial sövdələşməni və onun mümkün bloklanmasını nəzərdən keçirmək üçün 30 gün vaxtı var.