ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini əhəmiyyətli dərəcədə artırmaq istəyir

Digər ölkələr
  • 13 aprel, 2022
  • 20:35
ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini əhəmiyyətli dərəcədə artırmaq istəyir

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya təqdim etdiyi kəşfiyyat məlumatlarının həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar ötən həftə qəbul edilib və məqsəd ukraynalı hərbçilərə rus qoşunlarının hücum istiqamətini daha yaxşı müəyyənləşdirməkdə kömək etməkdir.

Qəzetin yazdığına görə, Amerika hakimiyyəti həmçinin Ukraynaya elə kəşfiyyat məlumatı vermək niyyətindədir ki, bu da Ukrayna Silahlı Qüvvələrinə Krım və Donbassdakı hərbi hissələri hədəfə almağa və bu əraziləri potensial olaraq qaytarmağa imkan verəcək.

44 - Tezliklə