ABŞ Ukraynaya G7-nin ümumi kreditinin 20 milyard dollarını verməyə hazırdır

Digər ölkələr
  • 19 oktyabr, 2024
  • 01:48
ABŞ Ukraynaya G7-nin ümumi kreditinin 20 milyard dollarını verməyə hazırdır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası "Yeddilik Qrupu"nun (G7) üzvlərinin Ukraynaya vermək niyyətində olduğu ümumi kredit məbləğinin 40%-ni ayırmağa hazırdır.

"Report" bu barədə "Financial Times"a istinadən xəbər verir.

Söhbət 20 milyard dollardan gedir. Digər 20 milyardı Avropa ölkələri, 10 milyardı isə G7-nin qalan üzvləri verəcək.

Vəsaitin necə bölüşdürüləcəyi ilə bağlı rəsmi açıqlama oktyabrın 25-də G7 ölkələrinin maliyyə nazirləri tərəfindən veriləcək.

Bütün lazımi razılaşmalar hələ əldə olunmayıb və Bayden administrasiyası Konqres üzvləri və Ukrayna rəhbərliyinin nümayəndələri ilə borcun ödənilməsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirir.