ABŞ Ukraynaya 400 milyon dollarlıq növbəti hərbi yardım paketini ayırıb

Digər ölkələr
  • 08 iyul, 2022
  • 17:45
ABŞ Ukraynaya 400 milyon dollarlıq növbəti hərbi yardım paketini ayırıb

ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Paket çərçivəsində Ukraynaya 4 ədəd HIMARS çoxsaylı buraxılış raket sistemi, bu sistemlərin sursatları və artilleriya mərmiləri daxil olmaqla, əlavə 400 milyon dollarlıq hərbi yardım paketi ayırıb.