ABŞ Ukraynaya 1,25 milyard dollar məbləğində maliyyə yardımı göstərib

Digər ölkələr
  • 31 may, 2023
  • 14:53
ABŞ Ukraynaya 1,25 milyard dollar məbləğində maliyyə yardımı göstərib

ABŞ Ukraynaya 1,25 milyard dollar məbləğində maliyyə yardımı göstərib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“ABŞ-dan Ukraynanın dövlət büdcəsinə Dünya Bankının bir çox donorları vasitəsilə 1,25 milyard dollar məbləğində maliyyə vəsaiti daxil olub”, - məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, 2023-cü ildə ABŞ Ukraynaya artıq 6 milyard dollar büdcə dəstəyi yardımı göstərib.