ABŞ ticarət gəmilərində İranın hərəkətlərindən qorunmaq üçün hərbçilər yerləşdirməyi nəzərdən keçirir
- 03 avqust, 2023
- 18:28
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hərbi komandanlığı ticarət gəmilərinin Hörmüz boğazından keçərkən İranın hərəkətlərindən qorunması imkanlarını araşdırır.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerika tərəfi öz yaraqlı hərbi qulluqçularını İran tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün mülki gəmilərin göyərtəsində yerləşdirilməsini nəzərdə tutan variantı nəzərdən keçirir.
Mənbələr bildirib ki, konkret qərar verilməsə də, ABŞ regiondakı müttəfiqləri ilə bu planı müzakirə edir.
Vurğulanıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri, plana görə, gəmilərin təhlükəsizliyini bu yolla təmin etməyə ancaq dənizçilərin özlərinin müraciəti əsasında hazır olacaq.
Qeyd edək ki, daha öncə ABŞ dəfələrlə İranı müxtəlif gəmiləri qanunsuz olaraq saxlamaqda ittiham edib. Xüsusilə iyul ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması İran hərbçilərinin Hörmüz boğazında iki neft tankerini saxlamağa çalışdığı barədə məlumat yaymışdı. Tehran bu ittihamları rədd edib.
İyulun sonunda Pentaqon boğazda hərbi varlığını artıracağını və ora iki desant gəmisi göndərəcəyini açıqlamışdı.