ABŞ Suriyanın 270-dən çox aliminə qarşı sanksiya tətbiq edib

Digər ölkələr
  • 24 aprel, 2017
  • 19:19
ABŞ Suriyanın 270-dən çox aliminə qarşı sanksiya tətbiq edib

Bakı. 24 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar İdlib şəhərinə "kimyəvi hücum"a görə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Qadağalar Suriya ordusunun Xan-Şeyxun yaşayış məntəqəsində "tətbiq etdiyi kimyəvi silah"ın istehsal olunduğu elmi-tədqiqat mərkəzinin 271 əməkdaşına şamil edilib.

İdlib şəhərinə "kimyəvi hücum" aprelin 4-də baş verib. Hadisədə Suriya hökuməti ittiham olunsa da, bununla bağlı heç bir dəlil gətirilməyib.

44 - Tezliklə