ABŞ Suriyada əməliyyatların ikinci mərhələsinə başlayıb

Digər ölkələr
  • 03 iyun, 2018
  • 18:19
ABŞ Suriyada əməliyyatların ikinci mərhələsinə başlayıb

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan "Suriya demokratik qüvvələri" qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı "Sürək" adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü koalisiya məlumat yayıb.

"Suriya demokratik qüvvələri" bu gün Suriyanın şimal-şərqində İŞİD-in qalıqlarını təmizləmək üçün "Sürək ovu" adlı əməliyyatların ikinci mərhələsinin quru əməliyyatlarına başlayıb", - deyə koalisiyanın məlumatında bildirilir.

Qeyd olunur ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin Suriyadan İraqa qaçışının qarşısını almaq üçün sərhəddə iştirakını gücləndirib.

"Sürək ovu" əməliyyatı mayın 1-də başlayıb. Uğurlu birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb.