ABŞ Suriya və İraqda əməliyyatlar zamanı 21 dinc sakinin öldüyünü təsdiq edib

Digər ölkələr
  • 04 mart, 2017
  • 17:24
ABŞ Suriya və İraqda əməliyyatlar zamanı 21 dinc sakinin öldüyünü təsdiq edib

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın Yaxın Şərq komandanlığı (CENTCOM) Suriya və İraqda İŞİD terrorçularına qarşı aparılan əməliyyatlar zamanı dinc sakinlərin öldüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə komandanlığın məlumatında bildirilir.

"Doqquz hesabat (ölənlər barədə — red.) etibarlı kimi qiymətləndirilib, qəsdən endirilməyən zərbələr nəticəsində 21 nəfər ölüb və iki dinc sakin yaralanıb", — deyə məlumatda qeyd olunur.