ABŞ Senatı hökumətin maliyyələşdirilməsini təsdiqləyib

Digər ölkələr
  • 31 yanvar, 2026
  • 06:15
ABŞ Senatı hökumətin maliyyələşdirilməsini təsdiqləyib

ABŞ Konqresinin Senatı ölkədə sentyabrın 30-da başa çatacaq maliyyə ilinin sonunadək federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinə dair qanun layihələri paketini qəbul edib.

"Report"un məlumatına görə, yanvarın 30-da qanunverici orqanın yuxarı palatasındakı səsverməni "C-SPAN" telekanalı canlı yayımlayıb.

Sənədlər paketinin lehinə senatın 71 üzvü, əleyhinə isə 29 nəfər səs verib. Əvvəllər qanunvericilər hökumətin maliyyələşdirilməsi tədbirlər paketinin irəli sürülməsi barədə razılığa gəlmişdilər, lakin bu şərtlə ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsi həmin paketdən çıxarılsın.

Maliyyələşmənin təsdiqlənməsinə baxmayaraq, yanvarın 31-i gecə yarısı (Bakı vaxtı ilə saat 09:00-da) ABŞ-də federal hökumətin işinin qismən dayandırılması (şatdaun) baş verəcək. Bu onunla bağlıdır ki, senat tərəfindən təsdiqlənmiş qanun layihələri paketi həmçinin Konqresin Nümayəndələr Palatası tərəfindən də bəyənilməlidir, aşağı palata isə işinə yalnız bazar ertəsi başlayacaq. Aşağı palatada təsdiqləndikdən sonra sənədlər paketi imzalanmaq üçün ölkə prezidenti Donald Trampa təqdim olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti