ABŞ Sakit Okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr
- 30 may, 2026
- 05:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələr daşınan gəmiyə zərbə endirib.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.
"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə mayın 29-da "Cənub nizəsi" birgə əməliyyat qrupu gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatları təsdiqləyib ki, sözügedən gəmi Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirmiş və narkotrafikin həyata keçirilməsi üçün istifadə olunub", - məlumatda bildirilib.
Əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb.
Son xəbərlər
11:26
Qaburiç: İtkin düşmüş şəxslərlə bağlı məsələ siyasətdən kənar olmalıdır
Xarici siyasət11:25
Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb
Fərdi11:23
Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq"
ASK11:23
Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Digər ölkələr11:19
Tahir Rzayev: "Aqrar məhsulların bahalaşması hamını ciddi düşündürür"
ASK11:19
Küveyt XİN-in rəsmisi: İtkin şəxslər problemini yalnız texniki imkanlarla həll etmək mümkün deyil
Xarici siyasət11:18
Fatih Mehmet Karaca: İqlim dəyişikliyi yalnız ekoloji çağırış deyil, həm də ədalət məsələsidir
Din11:17
Tomas Tuxel İngiltərə millisinin tarixində rekorda imza atıb
Futbol11:10