ABŞ Rusiyanın İnsan Haqları Şurasından çıxarılmasını təklif edəcək

Digər ölkələr
  • 05 aprel, 2022
  • 02:22
ABŞ Rusiyanın İnsan Haqları Şurasından çıxarılmasını təklif edəcək

ABŞ BMT Baş Assambleyasında Rusiyanın qurumun İnsan Hüquqları Şurasından çıxarılmasını təklif edəcək.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

“Rusiyanın İnsan Hüquqları Şurasında iştirakı yanlışdır və buna görə də hesab edirik ki, BMT Baş Assambleyasının Rusiyanın xaric edilməsi ilə bağlı səsvermənin vaxtı çatıb”, - agentlik Linda Tomas-Qrinfilddən sitat gətirib.

Daimi nümayəndə, həmçinin bildirib ki, Buçadan görüntülər və Ukraynanın hər yerində olan dağıntılar bunun bariz nümunəsidir.

44 - Tezliklə