ABŞ rəsmisi: Nikaraqua Kuba ilə oxşar enerji böhranı ssenarisi ilə üzləşə bilər
- 23 iyul, 2026
- 02:23
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ administrasiyası hesab edir ki, Nikaraqua Kuba ilə oxşar genişmiqyaslı enerji böhranı ilə üzləşə bilər.
"Report"un xarici mediaya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, mümkün böhran Rusiya və Venesueladan enerji daşıyıcılarının tədarükü ilə bağlı problemlər səbəbindən yarana bilər. Uolts əlavə edib ki, Vaşinqton Venesuelada Rusiya, İran, Çin və Kubanın mövcudluğunun azaldılması istiqamətində fəaliyyətini davam etdirir.
ABŞ-ın BMT-dəki nümayəndəsi, həmçinin Kubaya qarşı ticarət-iqtisadi blokadanın mövcud olması ilə bağlı fikirləri rədd edib. O bildirib ki, blokada anlayışına yalnız ABŞ hərbi gəmilərindən ibarət "adanı əhatə edən halqa" aid edilə bilər.