ABŞ Prezidenti hesab edir ki, demokratlar daha bir şatdaun istəmirlər

Digər ölkələr
  • 01 fevral, 2026
  • 01:31
ABŞ Prezidenti hesab edir ki, demokratlar daha bir şatdaun istəmirlər

Demokratlar Partiyası federal hökumətin bir daha fəaliyyətini uzun müddət dayandırmasını istəmir, çünki bu, onun imicinə mənfi təsir göstərəcək.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Fox News"un jurnalisti Cek Haynrikə müsahibəsinə bildirib.

"Düşünürəm ki, hər şey qaydasındadır. ÜDM-də böyük artımımız oldu, amma son (şatdaun) səbəbindən bir yarım xal itirdim. Görək sonra nə olacaq. Düşünürəm ki, demokratlar bunun baş verməsini istəmirlər; bu, onları pis göstərir və ölkə üçün də pisdir. Ümid edirəm ki, kifayət qədər insan ağıllarını işlədəcək", - deyə Haynrik "X"də ABŞ liderinin sözlərini sitat gətirib.

31 yanvar gecə yarısı (Bakı vaxtı ilə səhər 9:00) ABŞ-də maliyyə çatışmazlığı səbəbindən şatdaun başlayıb. ABŞ mətbuatı şatdaunun gələn həftənin əvvəlində başa çatacağını bildirib. Ötən payız şatdaun 43 gün - 1 oktyabrdan 12 noyabra qədər davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti