ABŞ Polşaya 4 milyard dollara inteqrasiya olunmuş HHM və RHM sistemlərinin satışını təsdiqləyib

Digər ölkələr
  • 11 sentyabr, 2023
  • 22:29
ABŞ Polşaya 4 milyard dollara inteqrasiya olunmuş HHM və RHM sistemlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Polşaya hava hücumundan müdafiə və raketdən müdafiənin inteqrasiya olunmuş döyüşə nəzarət sistemi, həmçinin müvafiq avadanlığın 4 milyard dollar dəyərində mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin nəzdində Təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi açıqlama yayıb.

“Təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi bu gün tələb olunan sertifikatı təqdim edib və bu potensial satış barədə Konqresə məlumat verdi”, - açıqlamada qeyd olunub.

Həmçinin vurğulanıb ki, bu silahların Polşaya satışı ABŞ-nin döyüş hazırlığına xələl gətirməyəcək və regionda “əsas hərbi balansı dəyişməyəcək”.

44 filmi