ABŞ piyada əleyhinə minaların istehsalını və istifadəsini dayandırır

Digər ölkələr
  • 21 iyun, 2022
  • 17:18
ABŞ piyada əleyhinə minaların istehsalını və istifadəsini dayandırır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası piyada əleyhinə minaların istehsalına və satışına moratorium qoyur, həmçinin bütün ehtiyatları məhv edəcək.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.

ABŞ-ın piyada əleyhinə minalarla bağlı siyasətinin dəyişdiriləcəyi bildirilir. İndi Vaşinqton bu silahların istifadəsini məhdudlaşdırmaq öhdəliyi götürmüş dünya ölkələrinin böyük əksəriyyətinə qoşulur.

Beləliklə, ABŞ-ın xarici siyasəti Ottava Konvensiyasının əsas tələblərinə uyğunlaşdırılıb.

44 - Tezliklə