ABŞ ordusu narkokartellərlə mübarizədə quru hədəflərinə hücumlara başlayacaq
- 07 dekabr, 2025
- 07:26
ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərə qarşı mübarizə çərçivəsində tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində keçirilən təntənəli qəbulda bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton bu məsələdə "çox sərt mövqe" tutub və nəticədə ABŞ-yə dəniz yolu ilə narkotik tədarükü 94 faiz azalıb.
"Biz eyni prosesi quruda da başlayacağıq, çünki hər marşrutu bilirik, hər binanı tanıyırıq, onların harada yaşadığını bilirik. Onlar haqqında hər şeyi bilirik", – deyə Ağ Evin rəhbəri bildirib və əlavə edib ki, ABŞ-də narkotik istifadəsi nəticəsində ötən il təxminən 300 min nəfər ölüb. "Bu, dəhşətli müharibədir və biz buna imkan verməyəcəyik", – Tramp vurğulayıb.