ABŞ Oman körfəzində gəmiyə hücum edib

Digər ölkələr
  • 11 avqust, 2026
  • 17:19
ABŞ Oman körfəzində gəmiyə hücum edib

ABŞ hərbi helikopteri Oman körfəzində, Pakistan sahillərindən təxminən 71 dəniz mili aralığında Panama bayrağı altında üzən gəmiyə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti "The Wall Street Journal"a istinadən məlumat yayıb.

Qeyd olunub ki, gəminin heyəti İran limanlarının hərbi-dəniz blokadasının təmin edilməsində iştirak edən ABŞ hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb.

Hadisə nəticəsində yaralananlar barədə hələ ki, məlumat daxil olmayıb.

Hücumdan sonra gəmi, ehtimal ki, heyəti başqa bir mülki gəmiyə köçürməyə çalışır.

Daha əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində Dəniz Ticarət Yükdaşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Oman körfəzində, Pakistan sahillərində konteyner gəmisi və hərbçilərin iştirakı ilə baş vermiş insident barədə məlumat vermişdi.