ABŞ nüvə sınaqları üçün yeni "Aires Tide" uçuş aparatı hazırlayıb
- 25 iyun, 2026
- 02:14
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ nüvə silahlarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş yeni "Aires Tide" uçuş aparatını uğurla hazırlayaraq sınaqdan keçirib.
"Report"un məlumatına görə, ABŞ Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsinin (NNSA) rəhbəri Brendon Uilyams bu barədə "Fox News" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, 11 futluq aparat süni intellekt, qabaqcıl superkompüterlər və 3D çap texnologiyasından istifadə edilərək hazırlanıb və ABŞ-nin nüvə arsenalının sürətləndirilmiş inkişafında yeni mərhələdir.
"Çinlə süni intellekt imkanlarında yarışmağımız şübhəsizdir. Süni intellektin bu qədər çox məlumat növünü və müxtəlif hesablama modellərini tək bir vahidə birləşdirmək, bu prosesi optimallaşdırmaq gücü inanılmaz dərəcədə böyükdür və gələcəkdə də belə qalacaq. Buna görə də bu, qismən milli təhlükəsizliyə və nüvə çəkindirməmizə aiddir", - Uilyams bildirib.
Qeyd olunur ki, aparat uçuş zamanı nüvə silahının məruz qaldığı ekstremal istilik və titrəməni simulyasiya etmək üçün hazırlanıb. Layihə Donald Tramp administrasiyasının "Genesis Mission" təşəbbüsü çərçivəsində ilk uğurlu inkişafdır.