ABŞ nüvə arsenalının modernləşdirilməsinə maliyyəni dayandıracaq

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 19:30
ABŞ nüvə arsenalının modernləşdirilməsinə maliyyəni dayandıracaq

ABŞ Energetika Nazirliyi hökumətin maliyyələşdirilməsinin qismən dayandırılması (şatdaun) səbəbindən nüvə arsenalının modernləşdirilməsi proqramında iştirak edən təxminən 100 min subpodratçıya ödənişləri dayandırmaq məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Bloomberg TV"yə müsahibəsində bildirib.

"Biz Energetika Nazirliyində nüvə arsenalının modernləşdirilməsi ilə məşğuluq. Bu işə cəlb olunmuş 100 min podratçımız var - onlar dövlət işçiləri deyillər, ona görə də maliyyələşdirmənin dayandırılması onları ödənişlərindən məhrum edəcək. Bu günə qədər onlara ödənişlər edirdik, lakin sabah və ya bazar ertəsi bunu edə bilməyəcəyik. Onlar nüvə silahlarımızın modernləşdirilməsi ilə bağlı işləri dayandıracaqlar", - o deyib.

Raytın fikrincə, "şatdaun" davam edərsə, bu, strateji silahların modernləşdirilməsi proqramında sürət itkisinə səbəb ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti