ABŞ-nin ticarət naziri: Aİ polad və alüminium üzrə sazişə görə rəqəmsal qaydaları yumşaltmalıdır

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 20:18
ABŞ-nin ticarət naziri: Aİ polad və alüminium üzrə sazişə görə rəqəmsal qaydaları yumşaltmalıdır

Avropa İttifaqı (Aİ) polad və alüminium üzrə rüsumların azaldılması barədə saziş əldə etmək üçün öz rəqəmsal qaydalarını yenidən nəzərdən keçirməlidir.

"Report" xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik "Bloomberg Television"a verdiyi müsahibədə bildirib.

"Biz onlarla texnologiya sahəsində qaydaların yumşaldılması imkanını müzakirə edirik. Bunun müqabilində polad və alüminium üzrə sərfəli saziş bağlayacağıq," – o vurğulayıb.

Latnik qeyd edib ki, polad və alüminium üzrə istənilən saziş yalnız Avropa İttifaqının Amerikanın iri texnologiya şirkətlərinə dair bəzi qaydaları yumşaltması şərti ilə mümkündür.

"Əgər onlar bu tənzimləmə rejimini zəiflətsələr və şirkətlərimiz üçün daha cəlbedici etsələr, yüz milyardlarla, hətta trilyon dollara qədər investisiya şəklində fayda əldə edə bilərlər," – nazir əlavə edib.

Qeyd edək ki, Latnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir iyul ayında Aİ ilə ticarət sazişi əldə olunduqdan sonra Brüsseldə ilk rəsmi səfərdədirlər. Sənəd Aİ-dən idxal olunan bir sıra mallara 15 %-lik ABŞ rüsumunu nəzərdə tuturdu, Avropa ölkələri isə Amerika sənaye məhsullarına, eləcə də bəzi kənd təsərrüfatı və ərzaq məhsullarına tətbiq olunan rüsumları aradan qaldırmağı öhdələrinə götürmüşdülər. Tərəflər həmçinin digər rüsumların azaldılması üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti