ABŞ-nin Quantanamodakı hərbi bazasının aeroportu qasırğaya görə bağlanıb

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 23:36
ABŞ-nin Quantanamodakı hərbi bazasının aeroportu qasırğaya görə bağlanıb

Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasının hava limanı Karib dənizində tüğyan edən "Melissa" qasırğası səbəbindən bağlanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbə məlumat yayıb.

Mənbə bildirib ki, aerodrom qasırğa səbəbindən bağlıdır. Ərazidə uçuşlar istənilən növ təyyarə üçün qadağandır. Qadağa noyabrın 2-i günün sonuna qədər qüvvədədir.

Ötən həftə sonu "Melissa" qasırğasının yaxınlaşması səbəbindən Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasından Hərbi Nazirliyin işçiləri, hərbçilərin qohumları və podratçılardan ibarət təxminən 1 000 nəfər təxliyə olunub. Quantanamo körfəzini tərk edənlər müvəqqəti olaraq Florida ştatının Pensakola şəhərindəki hərbi dəniz bazasında yerləşdiriliblər. Onlar növbəti iki həftə ərzində orada qalacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti