ABŞ Nikolas Maduronun həbsi üçün 25 milyon dollar mükafat təyin edib
Digər ölkələr
- 10 yanvar, 2025
- 16:48
ABŞ Nikolas Maduronun Venesuela prezidenti kimi and içdiyi gün onun həbsi üçün 25 milyon dollar mükafat təyin edib.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
"Biz Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrinonun həbsinə və mühakimə olunmasına səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik", - ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə deyib.
Bundan əvvəl Venesuelanın paytaxtı Karakasda üçüncü dəfə ölkə prezidenti kimi fəaliyyətə başlayan Nikolas Maduronun andiçmə mərasimi keçirilib.
Son xəbərlər
16:47
Hindistanda qəzaya uğramış təlim təyyarəsinin iki pilotunun meyiti tapılıb - YENİLƏNİB
Digər ölkələr16:37
"Gəncə" heyətinə iki yeni voleybolçu qatıb
Komanda16:31
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 31 %-dən çox azalıb
Biznes16:29
Avropa İttifaqına Rusiyanın dondurulmuş aktivləri ilə bağlı prosesləri yenidən başlatmaq çağırışı edilib
Digər ölkələr16:29
Foto
Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Daxili siyasət16:14
Video
Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın videogörüntüsü yayılıb
Xarici siyasət16:11
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək
Elm və təhsil16:07
Gürcüstan Baş nazirinin müavini nazir postundan və siyasətdən gedir
Region16:05