ABŞ məktəbində atəş açmış yeniyetmə xəstəxanaya yerləşədirilib - YENİLƏNİB

Digər ölkələr
  • 20 mart, 2018
  • 14:55
ABŞ məktəbində atəş açmış yeniyetmə xəstəxanaya yerləşədirilib - YENİLƏNİB

Bakı. 20 mart. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Merilend ştatında yerləşən Qreyt Mills məktəbində atışmadan sonra 3 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Sent Meri dairəsinin şerifi Tim Kemeron NBC telekanalının efirində deyib.

"Bu hadisə zamanı yalnız 3 nəfər zərər çəkib, atəş açan və iki zərərçəkmiş", - deyə şerif bildirib.

Kemeronun sözlərinə görə, atəş açan şəxs xəstəxanada ağır vəziyyətdədir.

"Atəş açan şəxs kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib, bir qız ağır vəziyyətdədir, daha bir nəfərin vəziyyəti orta-ağırdır", - deyə o əlavə edib.


***17:00

Bakı. 20 mart. REPORT.AZ/ ABŞ-ın Merilend ştatında məktəbdə silahlı insident baş verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli KİV-lər hadisə yerində xeyli sayda yaralı olduğunu bildirirlər. 

Sent-Meri əyalətinin polis idarəsindən qeyd edilib ki, hadisə Qreyt Mills məktəbində baş verib. 

Valideynlərə uşaqları dərsə gətirməmək tapşırılıb.