ABŞ Maduronu xarici terror təşkilatının üzvü kimi tanıyıb

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 20:03
ABŞ Maduronu xarici terror təşkilatının üzvü kimi tanıyıb

ABŞ Maliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun və onun tərəfdarlarının xarici terror təşkilatının üzvləri kimi tanıdığını rəsmi şəkildə elan edib.

"Report" xəbər verir ki, bunu CNN məlumat yayıb.

"Cartel de los Soles" adı altında Venesuela Silahlı Qüvvələrinin narkotik ticarəti ilə əlaqəli qruplarının mərkəzləşdirilməmiş şəbəkəsi gizlənir. Mütəxəssislərin sözlərinə görə, bu termin klassik mütəşəkkil cinayətkar dəstəni deyil, daha çox hökumətin korrupsiyalaşmış məmurlarını təsvir edir.

"Cartel de los Soles"in xarici terror təşkilatı kimi tanınması ABŞ Prezidentinə Maduro və onun yaxın çevrəsinə qarşı yeni iqtisadi və maliyyə sanksiyaları tətbiq etməyə imkan verir. Bununla belə, hüquqşünaslar deyir ki, sözügedən qərar güc tətbiqinə icazə vermir.

Administrasiya rəsmiləri qeyd edirlər ki, belə tanınma Dövlət Departamentinin terrorizmə qarşı mübarizədə ən ciddi alətlərindəndir və ABŞ-nin Venesuela daxilində hərbi imkanlarını genişləndirir.

Maduro və onun hökuməti dəfələrlə narkotik ticarətində iştiraklarını və "Cartel de los Soles"in mövcudluğunu inkar ediblər, bəzi mütəxəssislər isə kartelin mövcud olmadığını iddia edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti