ABŞ Litva vasitəsilə Ukraynaya ilk təbii qaz partiyasını göndərib

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 02:38
ABŞ Litva vasitəsilə Ukraynaya ilk təbii qaz partiyasını göndərib

ABŞ təbii qazının ilk partiyası Litva vasitəsilə Ukraynaya göndərib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Ukraynadakı Səfirliyinin Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"Dünən Klaypedaya (Litva şəhəri - red.) ABŞ-nin mayeləşdirilmiş təbii qazının (LNG) bir partiyası çatıb, onun bir hissəsi emal edilərək Ukraynaya göndəriləcək", - paylaşımda bildirilir.

Qeyd olunur ki, bu, Litva üzərindən Ukraynaya daxil olan ilk təbii qaz partiyası olacaq.

"Klaypedada emal olunan qazın 75 %-dən çoxu ABŞ-dən gəldiyindən, regionda etibarlı enerji təchizatını təmin etmək üçün Litva ilə tərəfdaşlıq edirik", - səfirlik izah edib. Diplomatik qurum əlavə edib ki, Amerika təbii qaz təchizatı ABŞ-nin və onun tərəfdaşlarının milli təhlükəsizliyini gücləndirir.

Son xəbərlər

Bütün Xəbər Lenti