ABŞ Konqresində hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsi qəbul edilib
- 22 iyul, 2026
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Konqresinin Nümayəndələr Palatası federal idarələrin maliyyələşdirilməsinin bu il dekabrın 4-dək cari səviyyədə saxlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, sənəd aralıq seçkiləri ərəfəsində maliyyə ilinin sonunadək şatdaunun qarşısını almağa yönəlib.
Qanun layihəsini 220 konqresmen dəstəkləyib, 205 nəfər isə əleyhinə çıxış edib.
Qanun layihəsi baxılmaq üçün Senata təqdim olunacaq. "The Hill" qeyd edir ki, ən azı 60 senatorun dəstəyini əldə etmək zərurəti və demokratların mümkün müqaviməti səbəbindən onun qəbulu çətinliklərlə üzləşə bilər.
ABŞ-də maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir, Konqresə aralıq seçkiləri isə 2026-cı il noyabrın 3-nə planlaşdırılıb.