ABŞ Konqresi Venesuelada güc tətbiqini yasaqlayan qətnaməni qəbul etməyib
Digər ölkələr
- 23 yanvar, 2026
- 04:24
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın administrasiyasına Venesuelaya qarşı ali qanunverici orqanın təsdiqi olmadan hərbi güc tətbiq etməmək tələbi ilə bağlı birgə qətnaməni rədd edib.
"Report"un məlumatına görə, qətnamə üzrə 215 konqresmen lehinə, 215 nəfər isə əleyhinə səs verib.
Sənəd səs çoxluğu qazana bilmədiyi üçün qəbul edilməyib.
Ötən həftə senat da analoji qətnaməni bloklayıb. Sənədi 50 senator dəstəkləyib, eyni sayda senator isə əleyhinə səs verib. ABŞ-nin vitse-prezidenti senata sədrlik etdiyi üçün Cey Di Vens konstitusiyaya əsasən öz səsvermə hüququndan istifadə edib.
Birgə qətnamənin qanun qüvvəsi alması üçün konqresin hər iki palatası və prezident tərəfindən təsdiqlənməsi tələb olunur.
Son xəbərlər
14:58
Bu ildən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
Digər14:49
Azərbaycanın çimərlik futbolu millisi Qazaxıstanla iki yoldaşlıq oyunu keçirəcək
Futbol14:47
Foto
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB
Xarici siyasət14:41
Foto
TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub
Sağlamlıq14:40
Şerzod Şermatov: "Özbəkistan və Azərbaycan arasında sinerji IT ixracı üçün yeni imkanlar açır" - MÜSAHİBƏ
İKT14:37
Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək
Maliyyə14:28
Masato Kanda: "ADB Azərbaycan vasitəsilə "yaşıl enerji" tədarükünə kömək edir" - EKSKLÜZİV
Energetika14:25
SEPAH Hörmüzdə ABŞ hərbi gəmisinə iki raketlə zərbə endirib
Digər ölkələr14:24