ABŞ Kolumbiyanın yeni prezidentinə dəstək üçün 1 milyard dollar ayıracaq
- 08 avqust, 2026
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriellyanın administrasiyasını dəstəkləmək üçün təhlükəsizlik sahəsində yardım paketi çərçivəsində 1 milyard dollar ayırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Sənədə əsasən, ABŞ prezidenti Donald Trampın administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində vəsaitin ayrılacağını elan etməyi planlaşdırır. Vəsaitlər Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı ABŞ-la birgə mübarizəyə yönəldiləcək.
Bundan əlavə, vəsaitin bir hissəsinin iqtisadi layihələrin inkişafına, ticarətin genişləndirilməsinə və strateji əhəmiyyətli faydalı qazıntıların hasilatına yönəldilməsi planlaşdırılır.