ABŞ koalisiyası Suriyada dinc sakinləri bombaladığını təkzib edir

Digər ölkələr
  • 25 oktyabr, 2018
  • 00:54
ABŞ koalisiyası Suriyada dinc sakinləri bombaladığını təkzib edir

Bakı. 25 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bəyan edib ki, Suriyanın Deyr-əz-Zor əyalətinə endirilən zərbə nəticəsində yalnız İŞİD terror təşkilatının yaraqlıları ölüb, mülki əhali arasında zərərçəkən olmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu koalisiya nümayəndəsi, ABŞ-ın quru qoşunlarının polkovniki Şon Rayan deyib.

"Koalisiyanın oktyabrın 24-də endirdiyi zərbə İŞİD tərəfindən bizim müttəfiqlərimiz olan "Suriya demokratik qüvvələri"nə qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunan obyektləri dağıdıb. İŞİD-in hücumların planlaşdırılması və həyata keçirilməsi üçün komanda mərkəzi qismində istifadə etdiyi obyektlərdən biri məscid idi. Quru qoşunları komandanlığının qiymətləndirməsinə görə, zərbə endirilən zaman məsciddə yalnız İŞİD yaraqlıları olub", - deyə Rayan bildirib.

Bundan əvvəl koalisiya qüvvələrinin məscidə endirdiyi hava zərbələri nəticəsində onlarla insan həyatını itirib.

44 - Tezliklə