ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib

Digər ölkələr
  • 10 sentyabr, 2026
  • 07:05
ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib

ABŞ hərbçiləri Karib dənizində narkotacirlər tərəfindən istifadə edilən gəmiyə zərbə endiriblər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Hücum nəticəsində üç nəfər həlak olub. Komandanlığın məlumatında qeyd edilib ki, sürətli gəmi Karib dənizindəki məlum narkotik qaçaqmalçılığı marşrutları zonasında hərəkət edib.

"Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal iştirak etdiyini göstərirdi", - komandanlıq bildirib.