ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 15 iyul, 2026
  • 02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranın bir sıra fiziki və hüquqi şəxslərinə, həmçinin "kölgə donanması" və ballistik raketlərin, eləcə də silahların istehsalı üçün materialların tədarükü ilə əlaqəli gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yeni məhdudiyyətlər Vaşinqton və Tehran arasında ABŞ-nin yeni sanksiyalardan imtina etməsini nəzərdə tutan anlaşma memorandumunun imzalanmasından qısa müddət sonra tətbiq edilib. Analitiklər hesab edirlər ki, bu addım tərəflər arasında gərginliyin artmasından xəbər verə və İranın nüvə proqramı üzrə yekun razılaşmanın əldə olunması şanslarını azalda bilər.

Müşahidəçilərin fikrincə, vəziyyətin gələcək inkişafı ABŞ ilə İran rəsmilərinin bəyanatlarından, həmçinin Hörmüz boğazındakı hadisələrdən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mövqeyindən asılı olacaq.