ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər
Digər ölkələr
- 06 may, 2024
- 05:06
Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım paketinin tədarükündən sonra baş verəcək: “Çox güman ki, Qərbin silah və sursatlarının cəbhəyanı Ukrayna bölmələrinə çatması bir neçə həftə vaxt alacaq. Bundan sonra Ukrayna cəbhə xəttindəki durumu sabitləşdirə bilər”.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Son xəbərlər
12:14
BMT rəsmisi: Okean və dənizlərin tullantılarla çirkləndirilməsinin fəsadları gün-gündən artır
Xarici siyasət12:14
Nigar Arpadarai: Hazırda iqlim və şəhərsalma gündəliklərinin uzlaşdırılması son dərəcə vacibdir
Daxili siyasət12:13
Azərbaycanda tullantıların idarə olunması üzrə yeni strategiya hazırlanır
Ekologiya12:11
Foto
Lənkəranın turizm imkanları ilə bağlı FOTOREPORTAJ
Turizm12:08
Rusiya və Ukrayna qarşılıqlı zərbə mübadiləsini davam etdirir, ölənlər və xəsarət alanlar var
Digər ölkələr12:05
Faiq Mütəllimov: "İqlim fəaliyyəti yalnız enerjini necə istehsal etməyimizlə bağlı deyil"
Energetika12:03
Rafinya "Barselona"nın Çempionlar Liqasındakı ən yaxşı 5 bombardiri sırasına daxil olub
Futbol12:01
Foto
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Daxili siyasət12:00