ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tarixi məlum olub

Digər ölkələr
  • 23 aprel, 2018
  • 11:43
ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tarixi məlum olub

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ rəhbərliyi Qüdsdəki səfirliyini mayın 14-də açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" nəşri İsrailin Rusiyadakı səfirliyinin press-attaşesi Aleks Qandlerə istinadən yazıb.

"ABŞ-ın Qüdsdəki səfirliyinin açılışı bu il mayın 14-də, İsrailin Müstəqillik Günündə baş tutacaq", - A.Qandler deyib.

Onun sözlərinə görə, İsrail tərəfi mərasimdə və dövlət müstəqilliyinin qeyd olunmasında çox mühüm qonaqların iştirak edəcəyini gözləyir.