ABŞ-ın qırıcı-bombardmançısı təyyarəsi Yaponiyada qəzaya uğrayıb

Digər ölkələr
  • 07 dekabr, 2016
  • 13:10
ABŞ-ın qırıcı-bombardmançısı təyyarəsi Yaponiyada qəzaya uğrayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın qırıcı-bombardmançı “FA-18” təyyarəsi Yaponiyanın Koti əyalətinin Sikoku adası sahillərində qəzaya uğrayıb.

Bu barədə “Report” RİA "Novosti”yə istinadən xəbər verir. 

İlkin məlumata görə, pilot təyyarəni sağ tərk edib. Qəzanın başvermə səbəbi araşdırılır.