ABŞ-ın Natçez şəhər rəhbərliyi əhalinin sayını artırmağı planlaşdırır
Digər ölkələr
- 04 fevral, 2021
- 06:43
ABŞ-ın Mississippi ştatında yerləşən Natçez şəhəri məsafədən işləyənlərin oraya köçməsi üçün onlara pul verəcək. Bununla yerli hökumət əhali sayını artırmağı planlaşdırır.
“Report” “Independent”ə istinadən xəbər verir ki, hazırda Natçezdə 15 min nəfər yaşayır.
“Shift South” proqramı şəhərə köçmək üçün 2 500 dollaradək maliyyə yardımı və yeni məkana uyğunlaşmaq üçün yaşayışın ilk ilində aylıq 300 dollar müavinət verilməsini nəzərdə tutur.
Amma Natçezə köçmək üçün bir sıra şərtlər var. Bu istəkdə olanlar ştat xaricində işə sahib olmalı və məsafədən işləməli, şəhərdə azı 150 min dollara ev alıb azı bir il orada yaşamalı və Natçezdəki əmlakı əsas yaşayış yeri kimi qeyd etməlidirlər.
Son xəbərlər
15:27
Birinci yarımildə Azərbaycana daimi yaşamaq üçün 2 085 nəfər gəlib
Daxili siyasət15:24
Azərbaycanda ilin birinci yarısında 19 min 224 nikah qeydə alınıb
Sosial müdafiə15:20
Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub
Sağlamlıq15:19
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb
Sosial müdafiə15:16
Azərbaycan Mərkəzi Bankı "Eliko"nun vəzifəli şəxsini cərimələyib
Maliyyə15:08
Mark Kasado "Barselona"dan ayrılmağa yaxındır
Futbol15:01
İndoneziyada zəlzələ qurbanlarının sayı 68 nəfərə çatıb
Digər ölkələr14:54
Azərbaycanda 7 ayda pensiya xərcləri 5 milyard manata yaxın olub
Maliyyə14:52